Poqba Makrona etiraz olaraq millidəki çıxışı dayandırdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba Fransa millisindəki çıxışını dayandırmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.
27 yaşlı futbolçu Fransa prezidenti Emmanuel Makronun İslam dini əleyhinə səsləndirdiyi fikirlərə görə millidən imtina edib.
Xatırladaq ki, ötən gün Fransadakı məktəblərin birində İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) karikaturasını göstərən müəllim Samuel Pati qətlə yetirilib. Hadisəyə münasibət bildirən Makron isə qətli "İslami terror aktı" adlandırıb.
Pol Poqba bu sözləri bütün Fransa müsəlmanlarına təhqir sayıb və milli komandada oynamaqdan imtina etmək qərarına gəlib. Futbolçu həmçinin mərhum müəllimin "Fəxri Legion" adına layiq görülməsini də etirazla qarşılayıb.
Qeyd edək ki, Poqba 2013-cü ildən Fransa millisində çıxış edir. Ümumilikdə komandada 72 oyun keçirib və 10 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ"dan növbəti qələbə, "Sabah" "Səbail"lə heç-heçə etdi
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. BAKU.WS "qol.az"a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. İlk olaraq meyda...
