Pelenin forması fantastik məbləğə hərraca çıxarılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Üçqat dünya çempionu, praziliyalı futbolçu Pelenin köynəyi hərracda 150 min funt-sterlinqə satışa çıxarılacaq.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Mirror" məlumat yayıb.
Məlumata görə, söhbət 1971-ci ilin yayında Avstriya ilə yoldaşlıq oyununda Pelenin Braziliya millisinin heyətində qol vurduğu 10 nömrəli sarı köynəkdən gedir.
Həmçinin hərracda Peleyə məxsus digər əşyalar, o cümlədən kuboklar, medallar və mükafatlar da satılacaq.
Digər hərrac lotlarına 160-200 min funta satılacağı gözlənilən 2022 FIFA Dünya Kuboku finalının rəsmi matç topu da daxildir.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.
Oxşar xəbərlər
Pelenin 100 yaşlı anası oğlunun ölümündən xəbərsizdir
Əfsanəvi braziliyalı futbolçu Pelenin (Edson Arantes do Nascimento) anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir. BAKU.WS xəbər verir ki, bunu üçq...