Patrik Klyuvert bu milliyə baş məşqçi təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Niderland futbolunun məşhur simalarından olan Patrik Klyuvert İndoneziya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə İndoneziya Futbol Assosiasiyasının (PSSI) rəsmi saytı məlumat yayıb.
"İndoneziya Futbol Assosiasiyası Patrik Klyuverti milli komandanın yeni baş məşqçisi olaraq rəsmi şəkildə təyin edib. Niderlandlı məşqçi isə 2025-ci ildən 2027-ci ilə qədər, uzadılma imkanı ilə müqavilə imzalanıb.
Klyuvertin işinə Niderlanddan olan köməkçi məşqçilər, Aleks Pastor və Danni Landzat, eləcə də iki yerli indoneziyalı mütəxəssis kömək edəcəklər," - deyə bəyanatda bildirilib.
48 yaşlı Patrik Klyuvertin əvvəlki iş yeri Türkiyənin "Adana Demirspor" klubu olub. İndoneziya milli komandasına ondan əvvəl Cənubi Koreyalı mütəxəssis Şin Tae-Yon başçılıq edirdi.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...