Parlamentə girmək üçün yarışan idmançılar! - Deputat olan və ola bilməyən adlar

Parlamentə girmək üçün yarışan idmançılar! - Deputat olan və ola bilməyən adlar
İdman 161

Siyasi partiyaların siyahılarından idman dünyasının tanınmış simaları deputat olmaq üçün seçkilərdə yarışıb. Keçmiş futbolçular Alpay Özalan və Gökhan Zandan tutmuş, baş məşqçi Ünal Karamana qədər TBMM-ə girən və girə bilməyən adlar var.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, idman dünyasının önəmli simalarını özündə birləşdirən siyasi partiyalar bu adları seçkilərdə öz siyahılarına daxil ediblər.

Deputatlığa namizəd kimi irəli sürülənlərin bəziləri Milli Məclisə daxil olub, bəziləri isə kifayət qədər səs toplaya bilməyib.

AK Partiya İzmir 2. Bölgə 2. sıra millət vəkili namizədi olan keçmiş futbolçu Alpay Özalan, AK Partiyanın İzmirdən 8 millət vəkilini çıxarmasının ardından yenidən TBMM-ə girib.

Məşqçi və keçmiş futbolçu Ünal Karaman İYİ Partiya Konyadan 1-ci sıradan namizəd olub. İYİ Partiyasının Konyadan 1 millət vəkili çıxarması ilə Karaman TBMM-ə girməyə haqq qazanıb.

MHP-nin Kocaeli 1-ci sıradan millət vəkili namizədi olaraq irəli sürdüyü Saffet Sancaklı yarışı qazanaraq bir dönəm daha millət vəkili olmağa haqq qazanıb.

Zəlzələ fəlakəti zamanı Hataydan yardım zəngləri və canlı yayımlar edərək, bölgənin səsi olan keçmiş futbolçu Gökhan Zan İYİ Partiya tərəfindən Hatayda 2-ci sıradan millət vəkili namizədi olaraq irəli sürülüb. Zan deputat seçilməyib.

AK Partiya tərəfindən Antalyada 7-ci sıradan namizədliyi irəli sürülmüş keçmiş hakim Kuddusi Müftüoğlu TBMM-ə girə bilməyib. Antalyada 488 min 223 səs toplayan AK Partiya 6 millət vəkili çıxara bilib.

20 yaşlı milli üzgüçü Umut Arman Sonay AK Partiya İstanbul 1-ci Bölgəsi üçün 18-ci sıradan namizəd olub. Sonay da deputat seçilməyib.

İYİ Partiyadan Dünya və Avropa Çempionu olan milli taekvondoçu İrem Yaman alyans çərçivəsində CHP-dən namizəd olub. Ankara 2-ci Bölgə 4-cü sıradan namizədliyi irəli sürülən Yamak deputat seçilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər