“Paris Open”: İrina Zaretska gümüş medal qazandı
23
yan
2022
19:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qadın karateçisi İrina Zaretska “Paris Open 2022” turnirində final görüşünə çıxıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.
Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.
Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.
Oxşar xəbərlər
Azərbaycan “Böyük dəbilqə”də daha bir medal qazanıb
Azərbaycan cüdoçusu Uşangi Kokauri Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 100 kq-dan yu...