Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub - YENİLƏNİB - 2

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub - YENİLƏNİB - 2
İdman 249

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***15:28

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***14:34

Bu gün qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxıb.

BAKU.WS xəbər verir ki, o, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.

Son xəbərlər