Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, o, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üzmə üsulunda 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
***13:59
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
BAKU.WS xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu üzmədə çıxış edib.
O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...