Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub - YENİLƏNİB

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub - YENİLƏNİB
İdman 94

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***14:46

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər