Paraqvay Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb
30
iyn
2026
06:18
Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.
BAKU.WS xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) qol vuran futbolçular olublar.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Cənubi Amerika təmsilçisi (4:3) 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.
Oxşar xəbərlər
"İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib
İtaliya A Seriyasının 8-ci turunda "İnter" doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib. BAKU.WS xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionu...