Paralimpiyaçılarımız üçüncü medalı qazanıb
Rio-2016 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 3-cü medalını qazanıb. Cüdoçu Rövşən Səfərov (81 kq) turniri bürünc medalla başa vurub.
Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın "bürünc” yolunu açıb.
Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medalla qayıtmağı bacarıb.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçu Bayram Mustafayev gümüş, bu gün isə Ramil Qasımov (73 kq) qızıl medal qazanıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan “Rio-2016”da daha 3 medal qazandı
Avqustun 21-də "Rio-2016” Yay Olimpiya Oyunlarının son günündə daha 3 idmançımız medal qazanıb. BAKU.WS-in məlumatına görə, sərbəst güləşçimiz Xetaq Qazyumov...