Osimhen "Qalatasaray"dan vaxtsız gedə bilər - 6 milyon avro təklif...

"Qalatasaray"da ilin transfer bombası sayılan "Napoli"nin 100 milyon avroluq ulduzu Viktor Osimhen üçün namizədlər çoxalıb.
BAKU.WS xəbər verir ki, Floryada keçirdiyi iki məşqdə komanda yoldaşlarını heyran edən Osimhen "Qalatasaray"da oynadığı ilk matçda da azarkeşlərin könlünü fəth edib.
"Sabah"da çıxan xəbərə görə, İngiltərə Premyer Liqasının komandası "Çelsi" ulduz hücumçunu yanvar ayında transfer etmək üçün plan hazırlayıb.
Nigeriyalı ulduzun transferini "Napoli"dən almağa çalışacaq ingilis nəhəngi "Qalatasaray"a əlavə 6 milyon avro ödəməyə hazırdır.
Məşqçi Okan Buruk planını Osimhen və İkardini birlikdə oynamaq üzərində qurub və rəhbərlik komandadakı mənfi atmosferi müsbətə çevirən Osimhenlə mövsümü başa vurmaqda qərarlıdır.
Oxşar xəbərlər
DÇ-2026 seçmə mərhələsi: Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarş...
