Olimpiya mükafatçısı Qaşim Maqomedov: "Həmişə qızıl medal qazanmaq istəyirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın olimpiya mükafatçısı Qaşim Maqomedov həmişə qızıl medal qazanmaq istəyir.
BAKU.WS xəbər verir ki, 26 yaşlı taekvondoçu bu barədə "Report"a açıqlama verib.
O, Pakistanın Lahor şəhərində keçirilmiş Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda bürünc mükafat qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Bu turnirdə özümü yaxşı tərəfdən göstərdiyimə görə çox sevinirəm. Əlbəttə, həmişə qızıl medal qazanmaq istəyirsən. Digər tərəfdən bunun ciddi önəmi yoxdur. Əsas fəxri kürsüdə yer almaqdır. Çünki bu, görülən işin, çəkilən əziyyətin bəhrəsidir. Təki zədə olmasın. Qatıldığım turnir də çox güclü idi, tanınmış idmançılar mübarizə aparırdılar. Biz də yaxşı hazırlıq keçmişdik. Artıq lisenziya xalları uğrunda mübarizə start götürüb. Yavaş-yavaş xal ehtiyatımızı zənginləşdirməliyik".
Q.Maqomedov formada qalmağa və daim hazır olmağa çalışdıqlarını söyləyib:
"Qarşıda daha bir ciddi sınaq - Qran-pri turniri var. Bu yarışda da özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik".
Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, Pakistandakı yarışda 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...