Olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub

Olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub
İdman 633
Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının növbəti günündə də medal qazana bilməyib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, mundialın üçüncü günündə qadınlardan Patimat Abakarova (49 kq), kişilərdən isə Ayxan Tağızadə (74 kq) dayanq üzərinə çıxıb.İlk görüşdə San Marino təmsilçisini məğlub edən Tağızadə ikinci görüşdə ABŞ idmançısına uduzub. Abakarova isə Cənubi Koreya təmsilçisini üstələsə də, xorvatiyalı həmkarının müqavimətini qıra bilməyib.Qeyd edək ki, daha öncə Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq) və Qaşım Maqomedov (58 kq) da yarışı medalsız başa vurub. Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq. Patimat Abakarova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub.

Oxşar xəbərlər

Daha 3 güləşçimiz dünya çempionatında medal qazanıb

Daha 3 güləşçimiz dünya çempionatında medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.Yunan-Roma güləşçilərindən...

933 İdman 23:43 14 noyabr 2018

Son xəbərlər