Olimpiya çempionu açıq havada ustad dərsi keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Cüdo Federasiyası (ACF) 6 yaşından yuxarı uşaq və gənclər üçün açıq havada ustad dərsləri təşkil edəcək.
ACF-in mətbuat xidmətindən verilən məlumata görə, 3 sentyabrda Bakıda Heydər Əliyev Mərkəzinin parkında ustad dərsi keçiriləcək.
Ustad dərsi ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov tərəfindən təşkil olunacaq. Həmçinin, tədbirdə Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi tanınmış Azərbaycan millisinin cüdoçuları da iştirak edəcəklər.
Tədbir saat 18:00-da başlayacaq. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə biləcək.
Oxşar xəbərlər
Vəzifədə olan məşhur idmançılar... - SİYAHI
Azərbaycan dövləti beyxənxalq yarışlarda üçrəngli bayrağımızı qaldıran idmançılara hər zaman yüksək dəyər verib və onlar mükafatlandırılmaqla yanaşı, müəyyən st...