"Nyukasl"dan 40 milyonluq transfer
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Nyukasl" klubu yeni transferini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Premyer Liqa təmsilçisi "Lester"in yarımmüdafiəçisi Harvi Barnsı heyətinə cəlb edib.
Maliyyə təfərrüatları açıqlanmasa da, lakin Britaniya mətbuatının məlumatına görə, "Nyukasl" bu transfer üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyib. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 13 qol və 1 qol ötürməsi ilə yada qalıb.
Hazırda Transfermarkt oyunçunu 35 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...