"Nyukasl"ın futbolçusu: "Qarabağ"ın bura qədər gəlməsi bizi təəccübləndirmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Oyuna yaxşı köklənib, uğurlu nəticə qazanmaq istəyirik.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin "Nyukasl" komandasının futbolçusu Entoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, "Qarabağ"la oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Rəqibin də hədəfləri böyükdür. Müsbət mənada qeyri-adi komandadır. "Qarabağ"ın bura qədər gəlməsi bizi təəccübləndirmədi. Çünki onlar evdə "Kopenhagen"i məğlub etdilər, "Çelsi"dən bir xal almağı bacardılar".
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti m...