Nurmaqomedov "Siti"nin bazasında futbolçulara irad tutdu
UFC-nin keçmiş çempionu Həbib Nurmaqomedov İngiltərənin "Mançester Siti" klubunun bazasında olub və komandanın çəhrayı rəngli məşq formalarını tənqid edib.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı özünün teleqram kanalında paylaşım edib.
"Həmin oyunçulara dedim ki, bu çəhrayı köynəklərlə sizi zalıma buraxmazdım. Onlar güldülər, amma mənim zarafat etmədiyimi başa düşmədilər",- deyə Həbib yazıb.
Paylaşılan fotoda "Mançester Siti"nin bütün futbolçularının çəhrayı köynəklərdə, Həbib Nurmaqomedovun isə qara geyimdə olduğu görünür.
Qeyd edək ki, Nurmaqomedov son döyüşünü 2020-ci ilin payızında keçirərək amerikalı Castin Qeycjini məğlub edib. Döyüşdən dərhal sonra o, peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Həbib bu qərarını atasının vəfatından sonra anasına verdiyi sözlə əlaqələndirib.
Karyerasını başa vurduqdan sonra Nurmaqomedov "Eagle FC" adlı döyüş promouşnunu təsis edib.
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...