Niderland Kubokunun final matçı zamanı 22 azarkeş saxlanıldı

Niderland Kubokunun final matçı zamanı 22 azarkeş saxlanıldı
İdman 52

Rotterdam polisi PSV və "Ayaks" komandaları arasında keçirilmiş Niderlan Kubokunun final oyunu zamanı 22 azarkeşi saxlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, fanatlar zorakılıq, priotexniki maddələrdən istifadə etmə, narkotik vasitə saxlama və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmamaqda günahlandırılırlar. Bildirilib ki, kütləvi saxlanılma matçın oynanıldığı stadiondan kənarda baş tutub.

Qarşıdurma zamanı iki azarkeş və bir polis yaralanıb, onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya getməli olublar.

Həmçinin, oyundan öncə "Ayaks"ın 200-ə yaxın tərəfdarını daşıyan 4 avtobus stadiona gedərkən yoxlanılıb. Üzərində narkotik maddə aşkarlanan şəxslər Amsterdama geri qaytarılıblar.

Qeyd edək ki, PSV - "Ayaks" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər