Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzədir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə ilk görüşünü keçirəcək.
Şahmatçımız qara fiqurlarla mübarizə aparacaq.Digər yarımfinal qarşılaşması ABŞ-li Fabiano Karuana və hindistanlı Rameşbabu Praqnananda arasında olacaq.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.
Oxşar xəbərlər
Nicat Abasov Dünya Kubokunda qalib gələrsə nə qədər pul qazanacaq?
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib. BAKU.WS xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsin...