Nicat Abasov Dünya Kubokunda qalib gələrsə nə qədər pul qazanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.
BAKU.WS xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.
İlk qarşılaşma heç-heçə başa çatmışdı.
Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.
Məlumat üçün bildirək ki, FİDE Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək Bakıda keçirilir. Açıq turnirdə 103-ü qadınlar olmaqla, 206 idmançı, iştirak edirdi. Hər iki turnirin mükafat fondu şahmat yarışı üçün ən böyük məbləğ olan 2,5 milyon dollardır (4,25 milyon manat).
Dünya Kubokunda qalib gələcək şahmatçı 110 min dollar (187 min AZN) qazanacaq. İkinci yerin sahibi 80 min dollar (136 min AZN), üçüncü yer 60 min dollar (102 min AZN) və dördüncü yeri tutan idmançı 50 min dollar (85 min AZN) mükafat alacaq. Nicat Abasovun yarımfinala çıxmaqla şəxsi büdcəsini minimum 50 min ABŞ dolları civarında zənginləşdirəcək.
Oxşar xəbərlər
Bakıda 300-dən çox şahmatçının iştirakı ilə FIDE Dünya Kuboku start götürüb - FOTO
“Marriott Boulevard” hotelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 10-cu Yubiley Dünya Kuboku start götürüb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yarı...