Neymar “Əl-Hilal” futbol klubundan təklif alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.
Bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib
Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.
Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.//report
Oxşar xəbərlər
"Əl-Hilal"dan Messiyə fantastik təklif
Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan illik 400 milyon avro məvaciblə təklif alıb. BAKU.W...