"Newcastle"dan ingilis azarkeşlərə ÇAĞIRIŞ - Bakıda Şəhidlər Xiyabanında diqqətli olun
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Newcastle United" görüşündən öncə rəqib komanda azarkeşlərinə müraciət edib.
BAKU.WS xəbər verir ki, ingilis klubu azarkeşlərinə Azərbaycanda həmin tarixdə Ramazan ayı olacağını xatırladıb. Bundan başqa onları Şəhidlər Xiyabanında diqqətli olmağa çağırıb.
İngilis klubu müraciətdə deyir :
"Ramazan ayının fevralın 17-si axşam saatlarında başlaması, 18 fevral səhərindən etibarən isə orucun tutulması gözlənilir və yerli sakinlərə, mədəniyyətə hörmətlə yanaşılmalıdır. Xüsusilə Şəhidlər Xiyabanı həssas məkan hesab olunur və burada hörmətsiz və ya narahatlıq yaradan hərəkətlər yolverilməzdir".
Qeyd edək ki, matç 18 fevral 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Nyukasl" matçının biletləri sabah satışa çıxarılacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl" matçının biletləri sabah, gün ərzində satışa çıxarılacaq. Bu barədə BAKU.WS-ə...