"Neftçi" yeni futbolçusunun transferini açıqlayıb
10
fev
2026
13:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" 2026-cı ildə ilk transferini həyata keçirib.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçunun sonuncu klubu Kipr təmsilçisi "Etnikos" olub. O, Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.
Qeyd edək ki, B.Almeyda 2024-cü ilin yayından çıxış etdiyi "Etnikos"un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəlllifi olub.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...