"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunu transfer edib
"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb.
Klubdan "Report"a verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb.
Doqquz nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu "Koventri" klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə "Everton"la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı "Randers"lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu "Enosis Neon Paralimni"nin (Kipr) heyətində 2024/2025-ci illər mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.
Oxşar xəbərlər
"Kəpəz" "Qəbələ"yə, "Sumqayıt" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək. BAKU.WS xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan koma...