"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib
![Neftçi səfərdə Zirəyə qalib gəlib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/RoIjnr2FYEFvFQRhNdaVBWsPW9JyVxCd4jpd0O4H.webp)
Misli Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Zirə"yə qalib gəlib.
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə sevinib.
Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub.
"Qartallar" 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Kəpəz" matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də keçiriləcək "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Ançelotti Braziliya millisini çalışdıra bilər
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti milli komandada klubunu dəyişə bilər. Braziliya Futbol Federasiyası mütəxəssisin xidmətində maraqlıdır. BAKU.WS xəb...
![](/images/banners/placeholder_home_right_az.jpg)