"Neftçi" rəsmisi: "Sponsorluq müqaviləsinin klub üçün uğurlu olacağına inanırıq"
"Neftçi" üçün önəmli gündür. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
Funksioner sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib:
"Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. "Neftçi" Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Neftçi" PFK ilə "International Holding Company"yə (IHC) məxsus olan "Palms Sports" arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Azərbaycan idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında 3 bürünc medal qazanıblar. BAKU.WS xəbər verir ki, bu barədə G...