"Neftçi" - "Qarabağ" matçı təxirə salınır
Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ilə bağlı məsələ yenidən gündəmə gəlib.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, bu dəfə qarşılaşmanın təxirə salınma ehtimalı olduqca yüksəkdir.
Oyunun təxirə salınma təklifi ilə əvvəldən razılaşmayan "Neftçi" tərəfi artıq məlumatlandırılıb. Matçın təxirə salınması ilə bağlı məlumatın Peşəkar Futbol Liqası tərəfindən tezliklə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün "Neftçi" ilə matçın təxirə salınması istəmiş, bununla bağlı PFL-ə müraciət etmişdi.
PFL isə öz növbəsində razılıq üçün "Neftçi"yə müraciət etsə də, bakılılar Ağdam təmsilçisinin təklifi ilə razılaşmamışdı. Sözügedən məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Ronaldonun boykotuna cavab gəldi: Heç bir şəxs...
Səudiyyə Ərəbistanı futbol çempionatının təşkilatçıları "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun matçları boykot etməsi ilə bağlı yayılan məlumatlara m...