"Neftçi"dən aylıq 85 min manat alacaq
09
dek
2025
14:31
"Neftçi"nin yeni baş məşqçisi, ukraynalı Yuri Vernidub Bakı klubunda aylıq təxminən 50 min dollar (təqribən 85 min manat) qazanacaq.
BAKU.WS xəbər verir ki, bu məbləğ haqqında insayder İqor Burbas məlumat verib.
Bildirilib ki, bu göstərici Vernidubu Azərbaycan Premyer Liqasının ən yüksək maaş alan məşqçilərindən biri edir.
Məlumata əsasən, klubla Vernidub arasında danışıqlar tam yekunlaşıb və bütün şərtlər razılaşdırılıb. Mütəxəssislə 1,5 illik müqavilə bağlanacağı bildirilib.
Oxşar xəbərlər
Bakıda bu stadion TƏMİR OLUNACAQ
Azərbaycan İdman Akademiyası balansında olan stadionun əsaslı təmiri ilə bağlı satınalma elan edib. BAKU.WS-in məlumatına görə, məqsəd stadion ərazisində köhnə...