"Neftçi" bu gün "Kayrat"la, "Sumqayıt" Macarıstan klubu ilə yoxlama oyunu keçirəcək
09
yan
2026
09:33
"Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Bakı klubu Qazaxıstanın "Kayrat" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" isə Macarıstanın "Pakş" komandası ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 16:00-a təyin edilib.
Oxşar xəbərlər
"Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü
İngiltərə Premyer Liqasının V turunda məhsuldar qarşılaşma baş tutub. "Mançester Siti" doğma meydanda "Sanderlend"i 5:3 hesabı ilə məğlub edib, "Liverpul" isə s...