"Neftçi" braziliyalı vingerin transferini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" braziliyalı vingerin transferini açıqlayıb.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, "ağ-qaralar" 22 yaşlı Aleks Fernandeslə anlaşıb.
O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Oyunçu Rusiyanın "Baltika" klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.
Aleks Braziliyanın "Atletiko Mineyro" və "Santos" klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan "Çerno More"sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu "Baltika"nın heyətində Rusiya I Liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...