“Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında xəbər yayıb.
Bildirilib ki, 2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.
Qeyd edək ki, 2018-ci ildə “Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.
Oxşar xəbərlər
AFFA iki kluba Premyer Liqada iştirak üçün lisenziya verdi
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda 2023/24-cü illər mövsümündə UEFA-nın kl...