“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.
BAKU.WS xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib:
"Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".
Oxşar xəbərlər
“Neftçi”nin baş məşqçisi: “Bundan əvvəlki komandamdan qovulmamışam”
"Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə indi bu barədə danışmağın mənası yoxdur". BAKU.WS Report-a istinadla xəbər verir ki...