“Neftçi”nin baş məşqçisi: “Bundan əvvəlki komandamdan qovulmamışam”
Yeniliklərdən dərhal xəbərdar olun
"Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə indi bu barədə danışmağın mənası yoxdur".
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf 2021/2022 mövsümündə başçılıq etdiyi Rumıniyanın "Universitatya Krayova" komandasından istefaya göndərilməsi barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis vəzifəsindən öz istəyilə ayrıldığını bildirib:
"Klub prezidenti Rotaru ilə yaxşı münasibətim var. Düşünürəm ki, əlimizdəki imkanlar daxilində çox yaxşı işlər gördüm. Həmin vaxt zədəli futbolçularımız da çox idi".
Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunub.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Bəzən mənə elə gəlir ki, alovla oynayırıq"
"Nəticədən və oyundan şadam. Çoxlu qol şansı yaratdıq. Bəzi epizodlarda fərqlənə bilmədik". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məş...