"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Vacib 3 xal qazandıq. Bura asan meydan deyil. Otun hündürlüyü böyük idi. Ona görə istədiyimiz oyunu nümayiş etdirə bilmirdik".
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Gəncədə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis topun öt örtüyünə görə istənilən sürətdə getmədiyini bildirib: "Bizim üçün ağır həftə oldu. Bəzi oyunçularımız zədə aldı. Bəzən 14 futbolçu məşqdə iştirak edirdi. Qarşılaşmadan əvvəl Azər Əliyevi də itirdik, o da zədələndi. Buna görə bütün sistemi dəyişməli olduq".
Oxşar xəbərlər
“Neftçi”nin baş məşqçisi: “Bundan əvvəlki komandamdan qovulmamışam”
"Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə indi bu barədə danışmağın mənası yoxdur". BAKU.WS Report-a istinadla xəbər verir ki...