“Neftçi” yeni transferlərini UEFA-ya sifariş etdi
26
iyl
2023
19:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” yeni transferləri - Mark Tamaş və Ervin Koffini Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edib.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, komandadan Mateus Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.
Qeyd edək ki, “Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
"Neftçi" yeni transferlərini UEFA-ya sifariş edib
"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib. BAKU.WS report-a istinadən xəbər verir ki, hər iki əcnəbi müdafiəçinin adı Bosniya v...