"Neftçi" Seneqal əsilli ispaniyalı müdafiəçi transfer edib

Neftçi Seneqal əsilli ispaniyalı müdafiəçi transfer edib
İdman 24

"Neftçi" Seneqal əsilli ispaniyalı futbolçu Mustafa Seki transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" müdafiəçi ilə 3 illik müqavilə bağlayıb.

O, yeni klubunda 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər