“Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
09
okt
2023
12:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
BAKU.WS Peşəkar Futbol Liqasının məlumatına istinadən xəbər verir ki, bu, IX turun “Neftçi” - “Qarabağ” matçına təsadüf edib.
“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord VIII turun “Turan Tovuz” - “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB-8
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib. Bak...