“Neftçi” “Qalatasaray”ın 24 yaşlı futbolçusunu almağa çox yaxındır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Olimpiu Morutan “Neftçi”yə keçməyə yaxındır.
BAKU.WS xəbər verir ki, bu barədə iddia İtaliya mətbuatında yayılıb.
Məlumata görə, “Ağ-qaralar” 24 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.
Ötən mövsümü müqavilə əsasında getdiyi “Piza” ilə uğurlu çıxış edən Morutanla “Bari”, “Palermo”, “Sampdoriya” kimi komandaların da maraqlandığı vurğulanıb.
2021-ci ildə "Qalatasaray"ın heyətinə qatılan rumıniyalı futbolçunun klubla 2026-cı ilə qədər müqaviləsi var.
Qeyd edək ki, yarımmüdafiəçi “CimBom”da Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin heyətində yer almayıb.
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələyə yüksəlib - YENİLƏNİB
“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar”...