"Neftçi" - "Qalatasaray" matçının azarkeşlərlə keçiriləcəyi ehtimalına RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin oyununun məhdud sayda azarkeşin iştirakı ilə keçirilmə ehtimalına münasibətini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa futbol qurumu "Report"un sorğusuna cavab olaraq bildirib.
Qurum İcraiyyə Komitəsinin avrokubok oyunlarının gələcəkdə yeni qərar çıxarılmayanadək qapalı şəraitdə təşkil olunacağına dair qərar çıxardığını xatırladıb.
UEFA Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 24-də məhdud sayda azarkeşin iştirakı ilə Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq UEFA Super Kuboku qarşılaşmasının sınaq xarakteri daşıyacağını əlavə edib.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...