"Neftçi" PFK-nın yeni baş icraçı direktorunun təqdimatı olub - VİDEO

Neftçi PFK-nın yeni baş icraçı direktorunun təqdimatı olub - VİDEO
Video
İdman 77

"Neftçi" Peşəkar Futbol Klubunun (PFK) yeni baş iraçı direktoru Fərrux Mahmudovun təyinatına həsr olunan təqdimat mərasimi keçirilib.

Bununla əlaqədar təşkil olunan tədbirdə "Neftçi"nin müşahidə şurasının sədri, SOCAR-ın Prezidenti Rövşən Nəcəf Fərrux Mahmudovu mediaya təqdim edib.

Tədbirdə həmçinin "Neftçi"nin gələcəyi ilə bağlı məsələlərə toxunulub və yeni baş icraçı direktora işində uğurlar arzulanıb.

"Neftçi" Azərbaycan futbol tarixində şanlı yeri olan, həmişə daima zəfərlərə uyğunlaşan, zəfərlərə öyrəşən komanda olub. Təəssüflər olsun ki, son illərdə əldə edilən nəticələr ürəkaçan olmayıb və "Neftçi" özünə laiq olduğu yerlərdə olmayıb. Biz yenə anlayırıq ki, bu qısa müddətdə, 1-2 aya istədiyimiz futbolu sərgiləyəcək komandanı formalaşdırmaq mümkün deyil. Lakin bu yola birlikdə çıxırıq. Ümid edirik ki, bu yolda uğurlara imza atacağıq. Eyni zamanda klubun idarəetmə sistemində dəyişikliklər edildi və Fərrux müəllim "Neftçi" Futbol Klubunun Prezidenti, yeni idarəetmə sistemində baş icraçı direktoru adlanan vəzifəyə təyin olundu. Biz baş icraçı direktor olaraq Fərrux müəllimə uğurlar arzulayırıq. Qarşımıza qoyduğumuz məqsədlərdə də birlikdə çiyin-çiyinə çalışacağımıza görə şad olduğumuzu bildiririk", - SOCAR-ın Prezidenti Rövşən Nəcəf bildirib.

Qeyd edək ki, iyulun 24-də "Neftçi"nin baş icraçı direktoru təyin olunan Fərrux Mahmudov bu posta Kamran Quliyevi əvəzləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər