"Neftçi" koronavirus testlərinin nəticəsini açıqladı
15
may
2020
20:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi” klubunun kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən, dünən və bu gün koronavirus (COVID-19) testi verib.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.
Qeyd edək ki, "Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.
Oxşar xəbərlər
AFFA dezinfeksiya üçün klublara pul köçürəcək
Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA, PFL və Pre...