“Neftçi” “Kəpəz”i beş qola qonaq etdi - VİDEO

“Neftçi” “Kəpəz”i beş qola qonaq etdi - VİDEO
Video
İdman 95

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Turun sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarının sayını 6-ya çatdırıb. Hər iki matçda uduzan “Kəpəz” isə xalsız qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə üstələyib.

Turun əvvəlki oyunlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"ı məğlub edib

"Qarabağ" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, günün ilk matçında ölkə çempionu "Qaraba...

67 İdman 22:02 13 avqust 2022

Son xəbərlər