"Neftçi" baş məşqçisi və köməkçiləri ilə yollarını ayırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.
Klubun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyun keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.
Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.
Oxşar xəbərlər
“Beşiktaş”ı altı milyona çempion edən Sergen Yalçının “Neftçi”dəki maaşı bəlli oldu
Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən bi...