"Neftçi" Bakıda "Zenit"lə yoldaşlıq oyunu keçirəcək
Rusiyanın "Zenit" klubu Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu keçirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə report-a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, qarşılaşmanın noyabrda təşkili planlaşdırılır. Klub rəsmisi hələlik danışıqların davam etdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB-8
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib. Bak...