Milli federasiyaların nümayəndələri ilə vacib məsələlər müzakirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə beşinci görüş keçirilib.
BAKU.WS Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, görüşdə V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak ediblər.
Bakı Gənclər Mərkəzində baş tutan toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, “V İslam Həmrəyliyi Oyunlarının hesabatı”, “Federasiyalar tərəfindən V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlili”, “İdmançıların (həmçinin məşqçi, hakim və s.) lisenziyalaşdırılması prosesi”, “Media”, “Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya yarışları üçün üçün iş planı” və digər məsələlər müzakirə edilib.
Tədbirdə F.Qayıbov nazirliyin Kollegiya qərarı ilə “İdman ustası” fəxri adına layiq görülmüş idmançılara müvafiq vəsiqə və nişanları təqdim edib.
Görüşdə həmçinin Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə İdman Azarkeşləri və Könüllüləri İctimai Birliyinin təqdimatları da dinlənilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...