"Naxçıvan"ın baş məşqçisi: "NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik"
NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik.
Bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının XII turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandasının müdafiədə çox zəif oynadığını bildirib:
"Bu gün həqiqətən də çox pis oyun sərgilədik. Həm müdafiədə, həm də hücumda matça köklənə bilmədik. Rəqibin 95 xalı da bunun bariz numunəsidir. Müdafiədə çox pis çıxış etdik. Təəssüf ki, ikinci dövrəyə yaxşı start vermədik. Ardıcıl olaraq həm "Neftçi"yə, həm də NTD-yə uduzduq. Halbuki komanda bundan öncə liderliyə də yüksəlməyi bacarıb. Ümid edirəm ki, "Sərhədçi" ilə matça daha yaxşı köklənərik. Çatışmazlıqları aradan qaldırıb növbəti görüşə qalib gəlmək üçün çıxmalıyıq. Bundan sonrakı qarşılaşmalarda xarakter nümayiş etdirməliyik. Bilirəm ki, bunu edəcək gücdəyik. Tezliklə özümüzə gəlməliyik".
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən A qrupunun "Naxçıvan" - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Qarabağ" çempionatda "Turan Tovuz"a uduzub
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub. "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə m...