Namik Ələskərov Türkiyə klubunda ilk qolunu vurdu - VİDEO

Namik Ələskərov Türkiyə klubunda ilk qolunu vurdu - VİDEO
Video
İdman 293

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu 1-ci liqada növbəti oyununu keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, komanda X turda "Balıkesirspor"la üz-üzə gəlib.

Qarşılaşma "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə ilk qolun müəllifi olub.

Beləliklə, Namik Ələskərov Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qoluna imza atıb.

Yarımmüdafiəçi 88-ci dəqiqədə əvəzlənib.

Doqquz oyundan sonra xallarının sayını 11-ə çatdıran "Bursaspor" 9-12-ci yerləri bölüşdürür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər