"Bursaspor" bu azərbaycanlı futbolçunu transfer etdi - FOTO/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin I liqasında çıxış edən "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun keçidini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bursa təmsilçisi bununla bağlı rəsmi tvitter səhifəsində video paylaşıb.
"Neftçi"dən ayrılan 26 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.
Qalereya
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...