"Monako" "Barselona"nın hücumçusunu transfer etməyə yaxındır
"Monako" "Barselona"nın hücumçusu Ansu Fati ilə müqaviləni tamamlamağa yaxındır.
BAKU.WS xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat verib.
Məlumata görə, tərəflər ispaniyalı futbolçunun satın alınması variantı ilə onun icarəyə götürülməsi ilə bağlı danışıqlar aparır. Fatinin özünün də Fransa klubuna keçməyə hazırlaşdığı vurğulanır.
Bu mövsüm Fati bütün turnirlərdə 11 matçda iştirak edib və qol vurmayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb.Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Milli Olimpiya Ko...