Millimizin sabiq futbolçusu futzal klubuna keçdi

12
fev
2021
20:45
Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əskərov özünü yeni idman növündə sınayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu futzalla məşğul olmağa qərar verib.
Təcrübəli forvard bu səbəbdən Latviyanın "Petrov" klubuna keçib. Yeni komandası ilə müqavilə bağlayan futbolçu çempionluq qazanmaq istədiyini bildirib.
Qeyd edək ki, Vüqar Əskərov 3 oyunda Azərbaycan millisinin formasını geyinib. Əsasən legioner həyatı yaşayan hücumçu "Sumqayıt", "Zirə" və "Araz Naxçıvan" komandalarında da çıxış edib.
Oxşar xəbərlər
Azərbaycanda oynayıb, erməni klublarında karyeralarını davam etdirənlər - ADLAR
Millimizdə oynamış futbolçu Məhəmməd Musalov iki gün əvvəl Ermənistanın “Pünik” komandasına keçib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Vikipediya”nın ən...
